YARPAQ TEST- Məntiq “Beyin Gimnastikası”

YARPAQ TEST- Məntiq “Beyin Gimnastikası”

5,50 AZN

Description

Məntiq – Beyin gimnastikası

Damla nəşriyyatı tərəfindən hazırlanan vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş proqram əsasında tərtib edilmiş dərsliklərə uyğundur.

Məntiq – Beyin gimnastikası kitabında aşağıdakı başlıqlarda məntiq testləri sizlərə təqdim edilmişdir.

  • Şifrəli əməllər;
  • Şəkillər;
  • Cədvəllər;
  • Ardıcıllıq;
  • Qruplaşdırma;
  • Rəqəm şəkil əlaqəsi;
  • Şifrələr;
  • SINAQ İMTAHANLARI.

KİTAB HAQQINDA TƏSƏVVÜR YARATMAQ ÜÇÜN BƏZİ SƏHİFƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİRİK!

 

Vəsaitlərimiz hazırlanarkən aşağıdakı tələblərə diqqət edilmişdir:

  • – şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;
  • – şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
  • – dünyəvilik prinsipinə riayət edilməlidir;
  • – elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;
  • – illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;
  • – Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;
  • – milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;
  • – elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir;
  • – Dövlət Təhsil Standarları əsasında hazırlanmış kurrikulumlara uyğun olmalıdır;
  • – şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir.

Kitablarımızın daha da təkmilləşməsi üçün Məntiq – Beyin gimnastikası kitabı barədə fikirlərinizi bizə bildirməyinizi xahiş edirik!

Əsas qiymətləndirmə növləri
Təhsil prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı
    hissəsini bilirlər?
  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə
    doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
  • Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupundamüəyyən edilmiş məqsədlərə nail olublarmı?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər; ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir.

Əziz müəllimlər və valideynlər.

Siz bu vəsait sayəsində bütün bu qiymətləndirmə növlərini həyata keçirə bilərsiniz.

Ümumiyyətlə hər bir müəllim və valideyn bilməlidir ki, təhsil prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi şagird üçün cəza vermə vasitəsi deyil. Bu təlim və təhsil prosesinin daha səmərəli olması üçün nəzərdə tutulmuş fəaliyyətlərdən biri olmalıdır. Şagirdlər hər bir işə olduğu kimi təhsil prosesinə də sevərək cəlb edilməlidir. Bu zaman şübhəsiz daha uğurlu nəticələr əldə ediləcəkdir.

Facebook səhifəsi və (012) 408-19-88,  (055) 204-89-91 nömtəli telefonlar vasitəsi ilə də əlaqə saxlaya bilərsiniz.