Category

Məktəbəqədər

Məktəbəqədər hazırlıq üçün kitab və vəsaitlər…

Damla nəşriyyatı tərəfindən hazırlanan məktəbəqədər hazırlıq məşğələləri üçün nəzərdə tutulmuş kitab və vəsaitlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş proqram əsasında tərtib edilmiş dərsliklərə uyğundur.

Bir çox  müəllim məktəbəqədər hazırlıq məşğələləri üçün Damla nəşriyyatının kitab və vəsaitlərlərini tövsiyyə edir…

Vəsaitlərimiz hazırlanarkən aşağıdakı tələblərə diqqət edilmişdir:

– şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;
– şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
– dünyəvilik prinsipinə riayət edilməlidir;
– elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;
– illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;
– Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;
– milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;
– elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir;
– Dövlət Təhsil Standarları əsasında hazırlanmış kurrikulumlara uyğun olmalıdır;
– şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir.

Showing the single result