Aylıq Bilik Qiymətləndirməsi (Sentyabr-2018)
SUMMATİV QİYMƏTLƏNDİRMƏLƏR NECƏ OLMALIDIR.
- Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır.
- Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
- Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
- Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
- Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
- Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır.
- Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.
- Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır.
- Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
- 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul olunur.
- Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul edilir.
- Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
- Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun nəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin cəmi əsasında çıxarılır:
- BSQ – yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
“Aylıq Bilik Qiymətləndirməsi” nədir?
ABQ- Damla nəşriyyatı tərəfindən 1,2,3,4-cü sinif şagirdləri üçün hazırlanan aylıq qiymətləndirmə testləri, bilik ölçmə vasitəsi – test jurnalıdır. Siz onun vasitəsi ilə şagirdlərin bilik səviyyəsini ev və ya məktəb şəraitində yoxlaya bilərsiniz.
ABQ – Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram və dərsliklər əsasında tərtib edilir.
- ABQ-də aşaırakı fənnlər olur:
1-2-ci sinif: Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Məntiq
3-4-cü sinif: Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, İngilis dili, Məntiq
Test sayları: Azərbaycan dili-15, Riyaziyyat -15, Məntiq-10, Həyat bilgisi-10, İngilis dili -10
* Dərs ili ərzində 9 dəfə çap olunur(ayda bir dəfə);
* Hər ayın 20-nə qədər tədris edilmiş mövzuları əhatə edir;
* Hər ayın 21-30-u abunəçilərin ünvanına pulsuz çatdırılır;
* Qiymət: 2 manat 50 qəpik.
Bizə hər hansı bir sualınız varsa Facebook səhifəsi vasitəsi ilə də əlaqə saxlaya bilərsiniz.
DAMLA JURNALINI NECƏ ƏLDƏ ETMƏK OLAR?
Damla Nəşriyatı tərəfindən hazırlanan Damla Jurnalını kitab dükanlarından eləcədə (055) 204-89-91 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Showing all 4 results