FƏNLƏR TOPLUSU 1-ci sinif

FƏNLƏR TOPLUSU 1-ci sinif

7,50 AZN

Description

Əziz şagirdlər, hörmətli müəllimlər və valideynlər!

DAMLA Nəşriyyatı tərəfindən sizə təqdim etdilən 1-ci sinif şagirdləri üçün Fənlər toplusu test kitabı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş proqram əsasında tərtib edilmiş, dərsliklərə uyğun olaraq hazırlanmışdır. İbtidai sinif vəsaitləri.

Kitabın adı : “Fənlər toplusu – 1-ci sinif – TESTLƏR”. 

Damla Nəşriyyatı tərəfindən hazırlanmış bu kitabda 1-ci sinif şagirdləri üçün Azərbaycan dili (mətn sualları daxil olmaqla), Riyaziyyat, Həyat bilgisi və İnformatika fənninlərdən testlər təqdim edilmişdir:

Vəsait şagirdlərin yaş xüsusiyyətləri və milli kurikuluma uyğun olaraq aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanıb.

  • Şəxsiyyətyönümlülük – təhsilalanların idraki, psixomotor və ünsiyyət bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərləri formalaşdırmaq.
  • Şagirdyönümlülük – təhsil sahəsində fəaliyyətləri təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına  xidmət etmək.
  • Tələbyönümlülük – fərdin, cəmiyyətin ,dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
  • İnteqrativlik – təhsil komponentlərinin bir-biri və həyatla əlaqələndirilməsidir.

 

KİTAB HAQQINDA TƏSƏVVÜR YARATMAQ ÜÇÜN BƏZİ SƏHİFƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİRİK!

Vəsaiti hazırlayarkən əsas məqsədimiz məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır, sağlam düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.

 

 Vəsait hazırlanarkən aşağıdakı tələblərə diqqət edilmişdir:
  • şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;
  • şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
  • dünyəvilik prinsipinə riayət edilməlidir;
  • elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;
  • illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;
  • Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;
  • milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;
  • elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir;
  • Dövlət Təhsil Standarları əsasında hazırlanmış kurrikulumlara uyğun olmalıdır;
  • şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir.

Əsas qiymətləndirmə növləri
Təhsil prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı
    hissəsini bilirlər?
  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə
    doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
  • Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupundamüəyyən edilmiş məqsədlərə nail olublarmı?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər; ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir.

Əziz müəllimlər və valideynlər. Siz bu vəsait sayəsində bütün bu qiymətləndirmə növlərini həyata keçirə bilərsiniz.

Ümumiyyətlə hər bir müəllim və valideyn bilməlidir ki, təhsil prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi şagird üçün cəza vermə vasitəsi deyil. Bu təlim və təhsil prosesinin daha səmərəli olması üçün nəzərdə tutulmuş fəaliyyətlərdən biri olmalıdır. Şagirdlər hər bir işə olduğu kimi təhsil prosesinə də sevərək cəlb edilməlidir. Bu zaman şübhəsiz daha uğurlu nəticələr əldə ediləcəkdir.

İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  

  • yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;
  • oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;
  • lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;
  • öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;
  • məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;
  • zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;
  • müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
  • ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;
  • sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
  • müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
  • öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;
  • insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;
  • Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;
  • xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.

Facebook səhifəsi və (012) 408-19-88,  (055) 204-89-91 nömtəli telefonlar vasitəsi ilə də əlaqə saxlaya bilərsiniz.

4-cü sinif şagirdləri üçün digər kitablarımız.