3000 misal (10 ədədi dairəsində)

View cart “YAY TAPŞIRIQLARI 4-cü sinif” has been added to your cart.

3000 misal (10 ədədi dairəsində)

2,20 AZN

Description

“3000 misal”  (1.sinif_10 ədədi dairəsində) nədir?

“3000 misal”  (1.sinif_10 ədədi dairəsində)– Damla nəşriyyatı tərəfindən 1-ci sinif şagirdləri üçün hazırlanmış vəsaitdir. Vəsaitin hazırlanmasında əsas məqsəd şagirdlərdə sürətli hesablama vərdişlərini inkişaf etdirməkdir. Şagirdlər onun vasitəsi ilə öz vərdişlərini inkişaf etdirə bilərlər. 

Bizə hər hansı bir sualınız varsa Facebook səhifəsi vasitəsi ilə də əlaqə saxlaya bilərsiniz.

BƏZİ SƏHİFƏLƏRİ SİZLƏRƏ TƏQDİM EDİRİK!

 

Əsas qiymətləndirmə növləri
Təhsil prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı
    hissəsini bilirlər?
  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə
    doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
  • Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupundamüəyyən edilmiş məqsədlərə nail olublarmı?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər; ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir.

Ümumiyyətlə hər bir müəllim və valideyn bilməlidir ki, təhsil prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi şagird üçün cəza vermə vasitəsi deyil. Bu təlim və təhsil prosesinin daha səmərəli olması üçün nəzərdə tutulmuş fəaliyyətlərdən biri olmalıdır. Şagirdlər hər bir işə olduğu kimi təhsil prosesinə də sevərək cəlb edilməlidir. Bu zaman şübhəsiz daha uğurlu nəticələr əldə ediləcəkdir.

Damla jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. (№ 4166)