Tag

Aylıq sınaq imtahanı

Aylıq Sınaq İmtahanı – Damla Jurnalı – “Aylıq Bilik Qiymətləndirməsi” nədir?

ABQ- Damla nəşriyyatı tərəfindən 1,2,3,4-cü sinif şagirdləri üçün hazırlanan aylıq qiymətləndirmə testləri, bilik ölçmə vasitəsi – test jurnalıdır. Siz onun vasitəsi ilə şagirdlərin bilik səviyyəsini ev və ya məktəb şəraitində yoxlaya bilərsiniz.
ABQ – Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram və dərsliklər əsasında tərtib edilir.

  • ABQ-də aşaırakı fənnlər olur:

1-2-ci sinif: Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Məntiq
3-4-cü sinif: Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, İngilis dili, Məntiq

Test sayları: Azərbaycan dili-15, Riyaziyyat -15, Məntiq-10, Həyat bilgisi-10, İngilis dili -10

* Dərs ili ərzində 9 dəfə çap olunur(ayda bir dəfə);
* Hər ayın 20-nə qədər tədris edilmiş mövzuları əhatə edir;
* Hər ayın 21-30-u abunəçilərin ünvanına pulsuz çatdırılır;
* Qiymət: 2 manat 50 qəpik.

Əsas qiymətləndirmə növləri
Təhsil prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı
    hissəsini bilirlər?
  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə
    doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
  • Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupundamüəyyən edilmiş məqsədlərə nail olublarmı?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər; ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir.

Əziz dostlar. Siz ABQ (Aylıq Bilik Qiymətləndirməsi) sayəsində bütün bu qiymətləndirmə növlərini həyata keçirə bilərsiniz.

Ümumiyyətlə hər bir müəllim və valideyn bilməlidir ki, təhsil prosesində şagirdlərin biliyinin qiymətləndirilməsi şagird üçün cəza vermə vasitəsi deyil. Bu təlim və təhsil prosesinin daha səmərəli olması üçün nəzərdə tutulmuş fəaliyyətlərdən biri olmalıdır. Şagirdlər hər bir işə olduğu kimi təhsil prosesinə də sevərək cəlb edilməlidir. Bu zaman şübhəsiz daha uğurlu nəticələr əldə ediləcəkdir.

Damla jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. (№ 4166)

Showing 1–10 of 13 results